Brüssel görüşündə NATO-nun strateji konsepsiyasına yenidən baxılır

ABŞ Prezidenti Co Bayden daxil olmaqla, NATO ittifaqın strateji konsepsiyasına yenidən baxılması üçün Brüsseldə sammit keçirir.

Sammit iştirakçılarının yekun açıqlamasına görə, NATO liderləri "hər istiqamətdə bütün təhdidlərə qarşı" kollektiv müdafiəni gücləndirmək barədə razılığa gəlib.

Baş katib Yens Stoltenberq ittifaq üzvlərinin təşkilatın üç büdcəsinin hamısına ortaq maliyyənin artırılması barədə razılıq əldə edildiyini açıqlayıb.

Fevral ayında Stoltenberq müttəfiqləri mövcud büdcələrə az də olsa, daha çox pul yatırmağa dəvət etmişdi. Mövcud sistemə görə, hər hökumət öz hərbi əməliyyatları üçün ödəniş edir.

Müttəfiqlərin birgə bəyanatında ilk dəfə Çinin ittifaq üçün "sistemli çağırış" olduğu da qeyd edilib.

Bundan əlavə, açıqlamada NATO-nun iqlim dəyişikliyi problemlərinə uyğunlaşması lazım olduğu bildirilir.

İttifaq Rusiyanı üzvlərindən ikisini “dost olmayan dövlətlər” kimi tanımaqdan imtina etməyə çağırıb: ABŞ və Çexiya. Bəyanatda NATO-nun Rusiyanın nüvə arsenalının artmasına cavab verəcəyi də qeyd olunur.

Qurumun üzvləri İranı bütün ballistik raket inkişafı fəaliyyətlərini dayandırmağa çağırıb.

NATO ABŞ prezidenti Baydenin sələfi Donald Tramp vəzifədə olarkən strateji konsepsiyasındakı dəyişiklikləri müzakirə etmişdi.

"Avropalılar Tramp administrasiyası dövründə Pandora Qutusunu açmaq istəmədilər, çünki ABŞ-ın nə deyəcəyini bilmirdilər" - deyə, Vilson Mərkəzinin Qlobal Avropa proqramının direktoru Dan Hamilton bildirib.

Tramp hərbi ittifaqın digər liderləri ilə gərgin münasibətləri var idi və o, müdafiə büdcələrinin həcmini artırmaq üçün onları dəfələrlə tənqid edərək səhvən bunu NATO-nun “ödənişləri” adlandırmış və NATO-nun 5-ci maddəsi olaraq bilinən qarşılıqlı müdafiə paktını şübhə altına almışdı.

"Bizim onlara güvəndiyimiz kimi onlar da bizə güvənəcək" - deyə, ABŞ milli təhlükəsizlik müşaviri Cek Sallivan bazar günü əlavə edib.

Sallivan Baydenlə səyahət edən jurnalistlərə NATO danışıqlarında kollektiv təhlükəsizlik, “iqlim və təhlükəsizlik arasındakı kəsişmə”, terrorizm, kibertəhlükəsizlik və Rusiya mövzularında danışacağını deyib. O bildirib ki, qrupun rəsmi açıqlamasında Çin “əvvəllər görmədiyimizdən daha artıq şəkildə” qeyd olunacaq.

Bazar ertəsi görüşlərinə gələn Stoltenberq iqlim dəyişikliyi və silahlara nəzarəti kimi mövzularda Çin ilə işləmək üçün fürsətlərin olduğunu, ancaq NATO-nun Çinin “əhəmiyyətli hərbi gücünün” və “məcburi davranışının” şahidi olduğunu deyib.

"Biz yeni “soyuq müharibə”yə başlamırıq və Çin bizim rəqibimiz deyil, düşmənimiz deyil. Ancaq bir ittifaq olaraq Çinin yüksəlməsinin təhlükəsizliyimizə gətirdiyi problemləri birlikdə həll etməliyik" - deyə, Stoltenberq qeyd edib.