Co Bayden fələstinlilərin hücumlarını qınayıb

İsraildə səfərdə olan Birləşmiş Ştatların vitse-prezidenti Co Bayden bu gün fələstinlilərin həyata keçirdiyi hücumları qınayaraq, belə çirkin əməllərə bəraət qazandırmağın mümkün olmadığını deyib.

İsrailin baş naziri Benyamin Netanyahu ilə birlikdə etdiyi çıxışı zamanı cənab Bayden çərşənbə axşamı amerikalının bıçaqlanmasını dəhşətli terror aktı adlandırıb. O, müasir liderlərin zorakı davranışları müvafiq hərəkətlər kimi görməməli olduğunu deyib.

Netanyahu da öz növbəsində bu kimi hücumlara bəraət qazandırılmalı olmadığını deyib və Fələstin liderlərinin baş verənləri qınamamaqda ittiham edib.

ABŞ-ın vitse-prezidenti İsrail və Fələstini sülh prosesi istiqamətində nailiyyətə çağırıb və iki dövlət arasında razılıq əldə edilməsi yolunda işin asan olmadığını bildirib. Bayden zorakılıq və intiqama son qoyulmalı olduğunu deyib.

O eləcə də, Birləşmiş Ştatların İsrailin təhlükəsizliyinin qorunması yolunda öhdəliyi olduğunu bir daha vurğulayıb və deyib ki, İran ABŞ və digər beş dövlətlə nüvə razılığını pozduğu halda müvafiq ölçülər götürüləcək.

Bayden bu gün Fələstin lideri Mahmud Abbasla da görüşəcək. Cümə axşamı isə o, kral Abdulla ilə görüşmək üçün İordaniyaya gedəcək.