Baydenin İran siyasətinin qarşısında duran çətinliklər

Your browser doesn’t support HTML5

Baydenin İran siyasətinin qarşısında duran çətinliklər

Prezident Co Baydenin Tehranla əlaqələri yaxşılaşdırmaq və İranla nüvə sazişinə qayıtmaq üçün addımlar atması İsrail tərəfindən tənqid edilir. Baydenin İran siyasətinin qarşısında duran çətinliklər nədir?

İran tərəfdarı silahlı qruplaşma İraqın Kürdüstan bölgəsinə endirilən raket zərbələrinin məsuliyyətini öz üzərinə götürüb.

Hücum Bayden administrasiyasının çətinlikləri vurğulayır ...

… Elan edildiyi kimi ABŞ 2015-ci il İran nüvə anlaşması ilə bağlı danışıqlara yenidən qoşulacaq.

“İranın nüvə proqramı ilə əlaqədar P5 + 1 ((Çin, Fransa, Almaniya, Rusiya, İngiltərə və ABŞ)) ilə danışıqları bərpa etməyə hazırıq. İranın Yaxın Şərqdə sabitliyi pozan fəaliyyətlərinə də toxunmalıyıq” - deyə, Bayden bildirib

Virtual Münhen Təhlükəsizlik Konfransında çıxış edən Bayden Avropa və digər tərəfdaşlarları ilə İranla bağlı sıx əməkdaşlıq edəcəyinə söz verib.

Bu, bəzi analitiklər tərəfindən dəstəklənən bir addımdır.

"ABŞ-ın İranın bölgədəki fəaliyyəti ilə bağlı narahatlıqları və İranın nüvə proqramını uzun müddətə həlli yolu sazişin və ABŞ-ın xoş məramı ilə qarşılıqlı etmadın bərpası yolundam keçir" - deyə, Silahlara Nəzarət Assosiasiyasından Kelsi Davenport bildirib.

İsrailin Baş naziri Benyamin Netanyahu isə deyib ki, sazişə qayıdılması İranın nüvə arsenalına gedən yolunu açacaq.

İran uranı 20% -ə qədər zənginləşdirməyə başlayıb. Bu, İranın nüvə sazişindəki 5%-lik şərtdən çox, lakin silah üçün lazım olan 90% -dən azdır.

Tehran danışıqlara qayıtmağa hazır olduğunu bildirsə də, Obama administrasiyası dövründə müzakirə edilən razılaşmada dəyişiklik edilməsinə qarşı çıxır. İran parlamenti tərəfindən bu yaxınlarda qəbul edilmiş qanunvericilik ABŞ-ın sanksiyaları 21 fevraladək yumşaldılmasa, Tehranı da nüvə mövqeyini sərtləşdirməyə məcbur edə bilər.

“Görüşlər keçiriləcək, amerikalılar razılaşmaya qayıtmaq üçün bir yol tapacaq. İranlılar istədikləri hər şey deyil, bəzi sanksiyalardan azad olacaq. Məsələ burasındadır ki, hər kəs üzünü qurtarmağa və alçaldılmamağa çalışır, heç kim ilk olraq göz qırpmaq istəmir. Ancaq hər kəs bir növ diplomatik yola qayıtmaq istəyir. İdarə oluna bilən və kifayət qədər güvənlə siyahıdan aşağıya doğru irəliləmək istəyir”- deyə, Yaxın Şərq İnsitutunun İran Proqramının direktoru Aleks Vatanka bildirib.

Bayden administrasiyasl BMT-də İran siyasətini Tramp administrasiyasının 2018-ci ildə müqavilədən çıxmazdan əvvəlki vəziyyətinə qaytarmaq üçün addımlar atır.

Ancaq diplomatiyaya qayıtmaq asan olmayacaq. Cavablardan daha çox suallar var.

“Tezliklə bitməyə başlamasına baxmayaraq, birbaşa sazişə qayıtmalıyıqmı? Daha sərt bir razılaşmaya ehtiyacımız varmı? Prezident Bayden həqiqətənmi Obama siyasətinə qayıtmaq istəyir? Vaşinqtonda praktiki olaraq heç bir Respublikaçının olmadığı son tarixə qayıtmaq istəyirmi? ” - deyə, Brukings İnstitutundan Maykl O'Hanlon sual edir.

Tehranın Səudiyyə Ərəbistanına qarşı müharibə apardığı Yəmən də daxil olmaqla, regional müçaqişələrə müdaxiləsi digər mühüm problemlər arasındadır.

Bayden administrasiyası Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın hərbi hücumlarına dəstəyi dayandırdığını elan edərək, bu addımı Amerikanın diplomatiyaya üstünlük verməsinin bir hissəsi adlandırıb.