Co Baydenin İran siyasəti haqda fərqli ekspert rəyləri

Your browser doesn’t support HTML5

Co Baydenin İran siyasəti haqda fərqli ekspert rəyləri

Yeni prezident seçilmiş Co Bayden Tehranın şərtlərə əməl etdiyi təqdirdə ABŞ-ın İranla 2015-ci il nüvə sazişinə dönməsini istədiyini bildirib. Ekspertlərin fikrincə, Bayden Trampın maksimum təzyiq kampaniyasını davam etdirməyəcək, lakin sazişə dönüş asan olmayacaq.

Noyabr ayının sonunda İranın ən böyük nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsi Yaxın Şərqdəki gərginliyi artırmaqla yanaşı, ABŞ-ın İrana qarşı siyasətini sərtləşdirmək təhlükəsi yaradıb.

ABŞ Dövlət Katibi Mayk Pompeo Obama administrasiyasının diplomatiyasına Tehranı “sakitləşdirmə” damğasını vuraraq, ABŞ-ın Yaxın Şərqə dair siyasətinin təməl daşı olan bu müqavilədən çıxaraq Tehrana “maksimum təzyiq” göstərdiyini bildirib.

“Körfəz müttəfiqlərimizin köməyi ilə maksimum təzyiq kampaniyamız İranı diplomatik, hərbi və iqtisadi cəhətdən təcrid edib. İranın 1500-ə yaxın fiziki və şəxsini hədəf alan 77 sanksiya tətbiq emişik.”

Ekspertlər maksimum təzyiq kampaniyasının nə qədər təsirli olduğu barədə ziddiyyətli fikirlərə malikdir.

"Düşünürəm ki, rejimin bölgədəki surroqotları dağıdıcı aktyor kimi maliyyələşdirmə qabiliyyətini məhdudlaşdırmaq çox təsirli olub ..." - deyə, Heritage Fondundan Ceyms Karafano bildirib.

“Bu siyasət günün sonunda tamamilə bir fəlakət oldu, çünki iranlılar üçün olduqca ağrılı olduğu halda, İranın hər hansı bir sahədə xarici siyasətini zərrə qədər dəyişdirməyib, nüvə proqramı irəliləyib” , Quincy İnstitutundan Trita Parsi deyib.

Mütəxəssislər Bayden komandasının bir sıra təcili prioritetləri ilə - ilk növbədə COVID-19 pandemiyası ilə məşğul olacağını, İranın siyahıda olmasına baxmayaraq, böyük ehtimalla zirvədə olmayacağını deyir.

“Vaşinqtonda İranla əlaqəli hər şey həqiqətən böyük bir siyasi yüksəliş tələb edir. Beləliklə, düşünürəm ki, Bayden komandasının bu siyasi kapitalı rəhbərlikdə dərhal xərcləmək istəyib-istəməyəcəyinə dair soruşulacaq sual var” -deyə, Avrasiya Qrupundan Henri Rom bildirib.

İranın Xarici İşlər Naziri Cavad Zərif bu ay Tramp administrasiyasını "yaramaz bir rejim" adlandırıb və Baydenin Ağ Evin kursunu dəyişdirməyə qərar verəcəyi, habelə Amerikanın nüvə anlaşmasına dair ilkin öhdəliyini yerinə yetirəcəyi təqdirdə, Tehranın da tam şəkildə razılığın şərtlərini yerinə yetirəcəyini deyib.