Bayden-Ərdoğan görüşündən gözləntilər

Your browser doesn’t support HTML5

Bayden-Ərdoğan görüşündən gözləntilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkə arasındakı gərgin münasibətləri nəzərə alaraq vacib sayılan müzakirələr üçün qarşıdan gələn NATO sammiti çərçivəsində ABŞ prezidenti Co Baydenlə görüşə hazırlaşır.

Prezident Baydenin Avropada olduğu müddətdə qarşılaşdığı ən çətin vəzifələr arasında gələn həftə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü olacaq. Bəzi analitiklər ikitərəfli münasibətlərin qırılma nöqtəsinə yaxın olduğunu düşünür.

“Həmişə çətinliklər yaşanıb, fikir ayrılıqlar və s. Amma hazırda yaşananlar münasibətlərdəki ən alt nöqtədir. Beləliklə ya münasibətlər bir anda bərpa olacaq və ya yəqin ki, düzəlməz və geri dönülməz şəkildə pozulacaq” - deyə, Kadır Has Universitetindən Serhat Güvenç bildirib.

Gərginliyin bir məqamı Ankara Rusiyanın S-400 zenit-raket kompleksini satın aldıqdan sonra ABŞ-ın Türkiyəni F-35 qırıcı təyyarəsi proqramından çıxarmasıdır. Vaşinqton bu satınalmanın NATO müdafiə sistemlərini zədələdiyini deyir. Türkiyənin Rusiya ilə münasibətləri müttəfiqlər arasındakı fikir ayrılıqlarından biridir.

Ərdoğanın daxili müxalifətə qarşı basqısı Baydeni keçən il prezident seçki kampaniyası dövründə onu avtokrat adlandırmağa sövq etmişdi. Bayden demokratiyanın dünya səviyyəsində təbliğini xarici siyasətinin əsas prioriteti elan edib.

Ərdoğanın da narahatlıqları var. Vaşinqton İslam Dövləti ilə mübarizədə rolu olan Suriya Kürd, Türkiyənin terrorçu hesab etdiyi qüvvələri dəstəkləyir. Ancaq prezidentin müşaviri Ərdoğan-Baydenl görüşünü münasibətlərin yenidən qurulmasına bir fürsət kimi görür.

“Türkiyənin çantasına inanıram ki, ikitərəfli münasibətlərdə yeni bir səhifə açacaq əsas öhdəliklər olacaq. Türkiyə istəklidir. Ancaq real siyasətdə xəyallara yer yoxdur, yalnız rasionallıq. Amerika praktik bir ölkədir, Amerika düşünməlidir ki, Türkiyəni itirməyin dəyəri nə ola bilər” , İstanbul Yeditepe Universiteti professoru və prezident müşaviri Mesut Caşin deyib.

NATO-ya Türkiyənin əhəmiyyətini xatırlatmaq üçün Ərdoğan Türkiyə qırıcılarının Rusiyaya qarşı çıxan müttəfiqlərinə dəstək olaraq Baltikyanı bölgələrə göndəriləcəyini deyib.

Ancaq Reuters-in diplomatlara istinadən verdiyi məlumatında Türkiyə NATO müttəfiqlərinin Belarusun mülki təyyarəni ələ keçirməsini qınamasına mane olub. Bu isə Rusiyayönümlü bir jest kimi şərh edilib.

Ərdoğan Türkiyənin həm Moskva, həm də Qərblə yaxşı əlaqələr qura biləcəyində israr edir. Ancaq analitiklərdən birinin fikrincə, Türkiyənin Rusiya raketlərindən imtina etməsi Baydenlə Ərdoğan arasında seçim ola bilər.

“Həm amerikalıları, həm də rusları məmnun etmək ehtimal daxilində deyil. Yəni Ərdoğanın seçim etməsi çox təəssüf ki, çox çətin olacaq. Çətin bir seçim vaxtı gəlib və onun belə bir həlledici qərarı təxirə salacağını görmürəm”- deyə, Kadır Has Universitetindən Serhat Güvenç bildirib.

Yenə də Ərdoğan və nazirləri dəfələrlə Rusiya raketlərinin qalacağını söyləyərək, bunu milli suverenlik məsələsi adlandırır.