Bayden iyulun 4-nə qədər yetkin amerikalıların 70 faizinin COVİD peyvəndinin azı bir dozasını almasını istəyir

ABŞ Prezidenti Co Bayden iyulun 4-nə qədər yetkin amerikalıların 70%-nin koronavirus peyvəndinin azı bir dozasını alması kimi COVID-19 peyvəndi ilə bağlı yeni planını açıqlayıb. Bu, Amerikanın müstəqilliyinin ildönümü ərəfəsində ölkənin normal həyata qayıtması üçün yeni hədəfdir.

"Bu, qarşıdan gələn 60 gün ərzində bəzilərinin ilk, digərlərinin isə ikinci dozası olmaqla, 100 milyona yaxın insanın peyvənd alması deməkdir", Prezident çərşənbə axşamı Ağ Evdən etdiyi müraciətində deyib.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin bildirdiyinə görə, ABŞ-da yetkinlərin təxminən 40%-nə COVID-19-a qarşı peyvəndin tam dozası tətbiq edilib.

Administrasiyanın yüksək səviyyəli rəsmilərinin dediyinə görə, ABŞ əhalisinin 70-85%-nə peyvənd vurularsa, bu, yoluxmaların əhəmiyyətli dərəcədə azalmasına və ölkənin normal həyata qayıtmasına yol aça bilər.

Bayden həmçinin federal əczaçılıq proqramı çərçivəsində on minlərlə aptekin insanların əvvəlcədən yazılmadan növbəsiz vaksinasiya ilə təmin ediləcəyini və hökumət resurslarının mobil klinikalar və daha kiçik ictimai vaksinasiya mərkəzlərinə yönəldiləcəyini bəyan edib.

Bayden federal hökumətin peyvəndləri ölkənin müxtəlif yerlərində ucqar klinikalara çatdıracağını və insanları peyvənd almağa təşviq etmək üçün icmalara daha çox vəsait ayıracağını bildirib.

"İndi peyvəndi daha az gözləyən insanlara çatdırmalıyıq" - deyə, Bayden izah edib.

Ağ Ev Ərzaq və Dərman İdarəsinin Pfizer peyvəndinin yaxın zamanlarda gözlənildiyi kimi yeniyetmələr üçün tətbiqinə icazə verməsindən sonra yeniyetmələr üçün əhatəli peyvənd planının həyata keçirilməsinə başlayır.