Bayden administrasiyası daxili terrora qarşı mübarizədə zorakılıqları hədəf alır

Ağ Ev və Pentaqon rəsmiləri daxili terrorçuların Birləşmiş Ştatlarda törətdikləri təhlükələrlə bağlı hərtərəfli araşdırma aparmaq qərarını müdafə edirlər və bunun, belə, desək siyasi lakmus testi ilə nəticələnəcəyini iddia edən tənqidlərə qarşı müqavimət göstərirlər.

Son günlərdə yanvarın 6-da ABŞ Kapitolisinə hücumdan sonra daxili ektstremizmlə bağlı araşdırma aparmaq səyləri ilə bağlı qəzəb artır. Buna Müdafiə naziri Lloyd Austinin problemin miqyasını müəyyən etmək üçün ordu boyu hazırlıq vəziyyətinin dayandırılmasına dair qərarı səbəb olub.

The Biden administration rejected the objections Friday, insisting that no one is trying to encroach on the constitutional right to free speech.

Bayden administrasiyası cümə günü etirazları rədd edib və heç kəsin konstitusion hüquq olan azad sözə təcavüz etmək niyyətində olmadığını deyib.

“Biz insanları siyasi sadiqliyi və ya siyasi görüşləri, çıxışları və ya konstitusiya ilə qorunan siyasi fəaliyyətinə görə təqib etmirik,” administrasiyasının yüksək səviyyəli rəsmisi cümə günü adının açıqlanmaması şərtilə müxbirlərə bildirib. “Biz zoraklığı təqib edirik,” o deyib.

Müdafiə Nazirliyinin sözçüsü də iddiaları rədd edib.

“Bunun müəyyən mənada siyasi lakmus sınağına bərabər olduğunda dair iddialar tamamilə əsassızdır və həqiqətə uyğun deyil,” Pentaqonun mətbuat katibi Con Körbi cümə günü bildirib.

“Biz qoşunlarımızı səs verməyə həvəsləndiririk. Biz onları istədikləri siyasi partiyada qeydiyyatdan keçməyə həvəsləndirirk. Amma motivasiyalarının nə olmasından asılı olmayaraq, yaxşı nizam-intizamı pozanda, Vahid Hərbi Ədalət Məcəlləsini pozanda, mülki qanunları pozanda problem yaranır,” o deyib.

Ən sərt tənqidlər Koloradodan yeni seçilmiş Respublikaçı nümayəndə Loren Boebertdən gəlib. O, cümə axşamı tvit ataraaq bildirib ki, Müdafiə Nazirliynin hərbi əəliyyatları dayandırmaq qərarı “bizim cəsur kişi və qadınlarımız üzərində lakmus sınağından başqa bir şey deyil.”

“Amerika üçün həyatlarını riskə atan əsgərlərdən siyasi alət kimi istifadə etmək ədəbsiz və təhlükəlidir,” o əlavə edib.

Müdafiə naziri Austin çərşənbə günü ordu xidmətlərinin rəhbərlətinə ektremist ideologiyanın yayılması və bunun ordu üzvlərinə təsiri ilə bağlı danışmaq imkanı tanımaq üçün hərbi əməliyyatların dayandırılmasını əmr edib.

Müdafiə Nazirliyi bildirib ki, hərbi xidmətin hər biri növbəti 60 gün ərzində bir müddət hərbi əməliyyatları dayandıracaq, lakin detallar üzərində danışıqlar hələ də davam edir.

Corc Vaşinqton Universitetinin Ektremiz Proqramının məlumatına görə, ABŞ Kapitolisinə hücuma görə ittiham irəli sürülən 181 nəfərdən 20 hərbidə müəyyən xidmət göstərib.

Bundan əlavə Müdafiə Nazirliyi rəsmilərinin bildirdiyinə görə, Federal Təhqiqat Bürosunun hazırkı və keçmiş ordu üzvləri ilə bağlı başlatdığı təhqiqatdan 68-I daxili ekstremizlə bağlı narahatlıqlarla əlaqəlidir.

ABŞ Dəniz Donanmasının baş admiral cümə günü verdiyi müsahibədə bildirib ki, daxili ekstremistlər aktiv şəkildə həmçinin sabiq ordu üzvlərini hədəf alırlar.