Bayden: ABŞ-ın Əfqanıstandakı missiyası avqustun 31-də başa çatacaq

ABŞ Prezidenti Co Bayden deyir ki, ABŞ-ın Əfqanıstandakı hərbi missiyası avqustun 31-də başa çatacaq.

Baydenin cümə axşamı Ağ Evdə çıxışı onun və vitse-prezident Kamala Harrisin ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı yeni məlumat əldə etmək üçün milli təhlükəsizlik liderləri ilə görüşündən sonraya təsadüf edib.

ABŞ ordusu çərşənbə axşamı qoşunların geri çəkilmə prosesinin 90 faizindən çoxunun həyata keçirildiyini bildirib. Rəsmilər deyib ki, bütün prosesin avqustun sonunda başa cataçağı gözlənilir. NATO qoşunlarının da əksəriyyəti artıq ölkəni tərk edib.

Ağ Evin mətbuat katibi Cen Psaki çərşənbə günü müxbirlərə bildirib ki, Birləşmiş Ştatlar Əfqanıstanda münaqişənin həlli üçün aparılan diplomatik danışıqları dəstəkləyir və ordu geri çəkiləndən sonra ölkədə diplomatik və humanitar mövcudluğunu davam etdirmək niyyətindədir.

“Prezidentin bu qərarı verməsinin arxasındakə əsas səbəblərdən biri odur ki, o, 20 ildir davam edən bu müharibənin sonunun omadığını düşünür,” Psaki deyib.

Taliban döyüşçüləri mayın 1-dən, yəni Birləşmiş Ştatlar ilə NATO müttəfiqləri ölkədən rəsmi olaraq son qoşiunlarını çıxarmağa başladığından vəri Əfqanıstan boyu böyük irəliləyişlər əldə ediblər.

Qiyamçılar Əfqanıstanın 400-dən çox rayonunda azı 150-sinin nəzarətini ələ keçiriblər.

Əfqanıstan rəsmiləri çərşənbə günü bildirib ki, hökumət tərəfdarı qüvvələr Taliban qiyamçılarını ölkənin şimal-şərqində bir şəhərin bəzi hissələrindən qovublar və saatlarla davam edən şiddətli döyüşlər nəticəsində rəsmi binaların nəzarətini geri alıblar.

Xarici qoşunların Əfqanıstan çıxarılması ABŞ-ın o zamankı prezidenti Donald Trampın hakimiyyəti dövründə Vaşinqtonla Taliban arasında 2020-ci ilin fevralında əldə olunan sülh razılığının nəticəsidir. Razılığa əsasən qiyamçılardan Əfqanıstan ərazisində terrora qarşı mübarizə aparmaqları və Labil hökuməti ilə siyasi sülh razılığı üzərində danışıqlar aparmaaları tələb olunur.

Lakin ABŞ-ın vasitəçiliyi Əfqanıstan daixlində aparılna sülh danışıqları ğtən sentyabr ayında Qətərdə başlayandan bəri yavaş irəliləyib və demək olar he bir uğurlu nəticə əldə olunmayıb.

Amerika qoşunları cümə axşamı gecə saatlarında Əfqanıstandakı ən böyük hava bazası olan Baqram Hava bazasını boşaldıblar. Bu isə əfqanıstanlı komandirlərin tənqidinə səbəb olub. Belə ki, onlar hava bazasını tərk etmək planlarının onlardan gizli saxlandığından şikayət ediblər.

ABŞ rəsmiləri ilə Baqramın Əfqanıstan lideləri ilə tam şəkildə koordinasiya edilətək təhvil verildiyini bildirir.