Bayden ABŞ qüvvələrinin Əfqanıstandan çıxarılması qərarını müdafiə edib

Your browser doesn’t support HTML5

ABŞ prezidenti Co Bayden Talibanın Əfqanıstanda üstünlük əldə etdiyi zaman hərbi qüvvələrin ölkədən çıxarılması qərarını əsaslandırıb. Birləşmiş Ştatlar hərbi qüvvələri avqust ayının sonuna qədər Əfqanıstandan bütünlüklə çıxarmağa hazırlaşaraq, iyirmi ildən artıqdır davam edən müharibəyə son qoyur.