Ukraynanın şərq regionunda münaqişə dərinləşdikcə, müdafiə dəstələrinə heç vaxt olmadığı qədər ehtiyac duyulur.
Kiyev yaxınlığındakı treyninq mərkəzində Milli Qvardiyanın yeni bir batalyonu təlimlərə başlayıb. Separatistlərə nəzarət məqsədi ilə döyüş hazırlıqlı xüsusi qüvvələrin təlimləri adi hərbi təlimlərdən fərqlənir.
Batalyonun komandiri Semyon Semençenkonun dediyinə görə, vətən uğrunda həyatından keçəcək gənclərə ehtiyac durulur. Donbas batalyonu 2 ay əvvəl Donetsk və Luqansk vilayətlərində Rusiya tərəfdarı separatçı qüvvələrə nəzarət məqsədi ilə Semençenkonun rəhbərliyi altında təsis edilib.
Batalyon əsgərlərinin əksəriyyəti münaqişə zonalarının ön cəbhələrində döyüşənlərdir.
“Almaz” ləqəbli əsgərlərdən biri seçki məntəqələrini mühafizə edən batalyon üzvlərinə qarşı separatistlərin Karlovkadakı hücumlarına məruz qalıb. O, 100-dən artıq separatistin 20 nəfərlik dəstəyə hücum etdiyini deyir:”Onlar bizi mühasirəyə aldı. Döyüş bağlandı. Tərəflərin qüvvələri arasındakı böyük fərqə baxmayaraq biz qalib gələ bildik.”
Separatistlər arasında Rusiya döyüşçüləri də var. Baxmayaraq ki, Moskva bunu böyük qətiyyətlə rədd edir.
Bu yaxınlarda yüzlərlə üsyançı Luqanskdakı sərhər keşik postuna hücum edib. Gün boyunca davam edən qarşıdurma nəticəsində 5 separatist və 10 hərbi xidmətçi xəsarət alıb. Onların 4-nün vəziyyəti ağırdır.
Artmaqda olan döyüş təhlükəsi səbəbi ilə Milli Qvardiyaya əlavə qüvvə lazımdır.
Ukrayna hökuməti gənclərin ordu və yarı-rəsmi hərbi dəstələrin sıralarına cəlb edilməsi üçün kampaniya aparır.