ABŞ prezidenti Donald Tramp Fransanın Bastiliya Günü ilə bağlı bayram tədbirlərinə qonaq olub və ABŞ-ın Birinci Dünya Müharibəsinə qoşulmasının 100 illiyini qeyd edib.
Bayram tədbirləri Fransanın paytaxtında keçirilən kütləvi paradla müşayiət olunub. Paradda Fransa qoşunları, hərbi musiqi qrupları və Amerika hərbi döyüşçüləri iştirak edib.
3500-dən çox polis potensial terror hücumlarının qarşısını almaq üçün parad marşrutu boyunca təhlükəsizliyi təmin edib.
14 iyul Parisdə 1789-cu ildə Bastiliya həbsxanasının üsyancıları tərəfindən ələ keçirilməsinin ildönümüdür Bu hadisə Fransız inqilabının başlanğıcı hesab edilir.
Bu il liderlər həmçinin ABŞ-ın Birinci Dünya Müharibəsinə qoşulmaq qərarının 100 illiyini qeyd edib.