Baş nazir ana oldu

Yeni Zelandiyanın baş naziri Yasinda Ardens cümə axşamı qız övladı dünyaya gətirdiyini açıqlayıb.

Baş nazir yeni doğulan qızı və televiziya aparıcısı olan partnyoru Klark Qeylord ilə birlikdə İnstagrama foto yerləşdirib.

Yeni Zelandiyanın üçüncü qadın baş naziri olan 37 yaşlı Ardern vəzifədə olduğu müddətdə doğum edən ilk seçilmiş rəsmi şəxsdir.

Baş nazirin müavini Vinston Peters hazırda baş nazir vəzifəsini icra edir.

Ardern altı həftəlik analıq məzuniyyəti götürsə də, baş nazir vəzifəsini icra edən Peterslə əlaqədə qalaraq vacıb qərarların qəbul edilməsində iştirak edəcək.