ABŞ Məsud Barzaninin istefa qərarına ehtiramla yanaşır

ABŞ İraqın Kürüstan regionunun prezidenti Məsud Barzaninin istefa qərarına ehtiram göstərir.

Dövlət Departamentinin sözçüsü Heter Nuert bildirib ki, prezident Barzani tarixi bir şəxsiyyətdir və o öz xalqının cəsarətli lideri kimi İŞİD-lə birgə mübarizəmizin aparıcı qüvvəsi olub.

Sözçü deyib ki, Barzaninin qərarı ağır bir dövrdə atılan əsl lider əməlider.

Dövlət Departamenti İraq və Kürd regional hökumətini həll edilməli məsələlərin konstitusiyaya uyğun şəkildə həllinə çağırıb.

Barzani noyabrın 1-də istefaya gedəcəyini açıqlayıb. O, parlamenti prezident postunu ləğv etməyə və səlahiyyətlərini Kürdüstan regionunun baş naziri, parlamenti və ədliyyəsi arasında bölməyə çağırıb.

Barzanı deyib ki, İraq höküməti Peşmərgə və koalisiya qüvvələri 2014-cü ildə İraqın şimalından İslam Dövləti qrupunun militantlarını çıxarandan sonra kürdlərin nəzarət etməyə başladığı torpaqları geri almaq üçün sentyabrda keçirilən müstəqillik referendumundan bəhanə kimi istifadə edib. Referendum İraq kürdlərinin 92 faizinin müstəqilik lehinə səs verməsi ilə nəticələnib.

İraqın baş naziri Heydər Əl-Abadi müstəqillik refendumunu qeyri-qanuni adlandırıb və cavab olaraq kürdlərin nəzarətində olan ərazilərin nəzarətini geri almaq üçün qüvvələrini göndərib.