Vaşinqton şəhərindən 26 yaşlı ordu zabiti bazar günü Las Veqasda Miss Birləşmiş Ştatlar tacına layiq görülüb .
Vaşinqton şəhərindən olan Deşauna Barber bu ilin sonu keçiriləcək Miss Kainat mərasimində Birləşmiş Ştatları təmsil edəcək.
26 yaşlı Deşauna Barber Vaşinqton yaxınlığında yerləşən Merilend ştatında Fort Meade bazasında təchizat komandiri kimi xidmət göstərir. Miss Birləşmiş Ştatlar həm də ABŞ Ticarət Departamentində kompüter mühəndisi işləyir.
“ABŞ ordusunda xidmət göstərən bir qadın kimi düşünürəm ki, biz kişilər qədər möhkəm və cəsarətliyik. Öz bölməmin komandiri kimi mən güclü və məsuliyyətliyəm”- deyə Barber qadınların döyüşdə möhkəmliyi barədə sualı cavablandırarkən bildirib.