Barak Obama: Problemlərimiz həll oluna bilər! [Nitqin Tam Videosu]

Demokratların ümummilli qurultayında prezident Obama cümə axşamı söylədiyi nitqdə növbəti dörd il üçün prezidentliyə namizədliyi qəbul etdi. Gurultulu alqışlarla müşayiət olunan emosional nominasiya çıxışında Demokrat namizəd “ümid” mesajını müdafiə etdi.

“İlk dəfə mən bu qurultay qarşısında 2004-cü ildə çıxış etmişdim. Mən onda nisbətən gənc idim – İllinoys ştatından Senata namizəd. Mən ümid haqda danışarkən kor optimizmdən deyil, çətinliklər, qeyri-müəyyənlik qarşısındakı ümiddən danışırdım – elə bir inanc ki, bu milləti bir çox sınaqlardan üzüağ çıxarıb.”

Prezident Obama söylədi ki, noyabrda seçicilər “aydın seçimlə üzləşəcəklər.”

Cənab Obama məqsədlərinə nail olmaq üçün seçicilərdən əlavə dörd il vaxt istədi.

“Mən düşünmürəm ki, təklif etdiyim yol qısa yaxud asandır. Heç zaman da bunu düşünməmişəm. Siz məni eşitmək istədiyinizi demək üçün seçməmisinz. Seçmisiz ki, sizə həqiqəti söyləyim. Həqiqət budur ki, onilliklər boyu qalaqlanməış problemlərimizi aradan qaldırmaq bir neçə ildən çox vaxt aparacaq.”

Prezident Obama ABŞ-ın əlahiddə dövlət olduğunu önə çəkərək hər bir amerikalının bu torpağda yaşamasından qürur duymalı olduğunu söylədi.http://www.youtube.com/embed/9iHpOYuIHnw