Səfir bildirib ki, Azərbaycan ABŞ üçün mühüm tərəfdaşdır
“Prezident Barak Obama növbəti 4 il Amerikanın prezidentidir və Amerikanın xarici siyasət kursunda dəyişikliklər gözləmirik”,- Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar Barak Obama qalib gəldikdən sonra Azərbaycan Diplomatik Akademiyasında Amerikadakı seçkiləri izləyənlərin qarşısında çıxışında bildirib.
Onun fikrincə, Barak Obama növbəti 4 ildə Azərbaycanla əlaqələri daha da gücləndirəcək. “Azərbaycan ABŞ üçün mühüm tərəfdaşdır. Əlaqələrimiz daha da genişlənəcək”, - səfir qeyd edib.
R.Morninqstar Demokrat Partiyasının təyin etdiyi siyasi əməkdaş kimi seçkilərin nəticələrindən razıdır.
Səfir auditoriyaya müraciət edərək deyib ki, bu gün Amerikadakı seçkilərə baxaraq real demokratiyanın nə olduğunu gördünüz.
“Namizədlər seçki dövründə azad şəkildə seçicilərlə görüşüb, siyasi debatlar keçirib və reklamlar yayıblar. Bu da demokratiyanın canlı rəmzidir”, - o vurğulayıb.