ABŞ prezidenti Barak Obamanın seçki kampaniyası meksikalı kazino sahibinin qardaşlarının ianəsini geri qaytarır. 200 min dollarlıq ianə çikaqolu qardaşlar-Karlos və Alberti Rohas Kardonaların qardaşlarının narkotik maddə qaçaqmalçılığı və saxtakarlıq ittihamlarından sonra geri verilir.
1994-cü ildə Ayova ştatında zaminə buraxıldıqdan sonra yox olan və Pepe adı ilə tanınan Huan Hose Rohas Kardonanun iki qardaşının ianəsi məsələsini The New York Times qəzeti qaldırıb. Qardaşlar Obama kampaniyası üçün pulu keçən ildən bəri toplayır.
Barak Obamanən seçki kampaniyası ianə ödəyən 1.3 milyon amerikalının hər birinin ödənişinin nəzərdən keçirildiyini bəyan edib.