Barak Obamanın həftəlik radio müraciəti

Barak Obamanın həftəlik radio müraciəti

ABŞ prezidenti Barak Obama vergilərin ixtisarı planının son il özəl sektorda iş yerlərinin açılması və dekabr ayında işsizlik göstəricilərinin enməsi ilə iqtisadi dirçəlişə yardım edəcəyinə ümid bəslədiyini deyib.Həftəlik radio müraciəti zamanı prezident bildirib ki, vergi ixtisarı işçilərin daha artıq maaş almasına yardım edəcək. ABŞ dövlət başçısı ən ümdə missiyasının Konqreslə birgə çalışmaqla yeni iş yerlərinin açılması və iqtisadiyyatın canlandırılması olduğunu bildirib.Respublikaçılar isə həftəlik radio müraciətləri zamanı prezidentin səhiyyə islahatları planı və hökumətin məsrəflərinin ixtisarının qarşıya məqsəd qoyulduğunu bəyan edib.