Barak Obama Xatirə bayramı ərəfəsində hərbi qüvvələrin üzvlərinin yad edilməsinə çağırıb

  • Amerikanın səsi

ABŞ prezidenti Barak Obama amerikalıları Xatirə günü bayramı ərəfəsində hərbi qüvvələrin sabiq və hazırkı üzvlərinin yad edilməsinə çağırıb. Həftəlik radio müraciəti zamanı dövlət başçısı deyib ki, bu bayram müharibə veteranları və onların ailələrinin qarşısındakı öhdəliklərə əməl edilməsi vaxtıdır. Cənab Obama onların səhiyyə xidmətləri, təhsil və işlə təmin edilməsinin vacibliyini vurğulayıb. Prezident bunların veteranların layiq olduğu yalnız bir neçə sahə olduğunu deyib.

Həftəlik cavab müraciətində Konqres nümayəndəsi, respublikaçı Linn Cenkins isə iqtisadiyyatın möhkəmləndirilməsi çərçivəsində veteranların rifah halının yaxşılaşdırılmasının vacibliyini ön çəkib. O, yüksək ərzaq və yanacaq qiymətlərinə görə prezidentin siyasətini tənqid edib.