Washington Post qəzetinin dünənki buraxılışında “Voll Striti tutun” hərəkatına dair bir sıra şərhər dərc edilib. Təhlilçilər hesab edir ki, ABŞ prezidenti Barak Obama bu fenomendən seçkiqabağı kampaniyası üçün istifadə edəcək. Bu, Amerika tarixində heç bir prezidentin Obama qədər Voll Stritdən kampaniya vəsaiti əldə etmədiyi bir vaxta təsadüf edir. Təhlilçilər prezidentin yenidən seçilməsinə bu hərəkatın yadım edəcəyinə inanmırlar.