Barak Obama sürətli internetə çıxışı təbliğ edir

Barak Obama sürətli internetə çıxışı təbliğ edir

ABŞ prezidenti Barak Obama deyr ki, yüksək sürətli simsiz İnternet bütün Amerika boyu bizneslərin yeni məhsullar ixtira etməsinə və yeni iş yerləri açmasına gətirib çıxaracaq.

Prezident Miçiqan ştatında yerləşən Markett şəhərindəki universitetə baş çəkib. Həmin universitetin internetə çıxışı öz kampusundan kənara genişləndirməsi məktəblərin, yanğınsöndürənlərin və həkimlərin fəaliyyətlərini asanlaşdırıb. Cənab Obama nitqində söyləyib ki, amerikalıların yalnız üçdə ikisi yaxşı internet bağlantısına malikdir. O, ümid etdiyini bildirib ki, növbəti beş ildə bu rəqəm 98 faizə yüksələcək.

Cənab Obama deyib ki, hökumətin keçmişdə dəmiryollarına, elektrik xətlərinə və magistral yollara qoyduğu investisiyalar iqtisadiyyata təkan verərək fermerlərə və zavodlara bazara məhsulları asanlıqla çıxarmağa yardım edib.