Barak Obama tornadodan zərər çəkmiş yerlərə səfər edəcək

ABŞ prezidenti Barak Obama 24 nəfərin ölümünə səbəb olmuş güclü tornadodan sonra bazar günü Oklahoma ştatının Mur şəhərinə getməyi planlaşdırır.

Prezident Obama bazar ertəsi baş vermiş tornadodan xilas olanlar, 100 uşaq və yaşlını dağıntılar altından xilas edən qrupla görüşəcək.

ABŞ daxili təhlükəsizlik naziri Canet Napolitano bərpa səylərini qiymətləndirmək üçün dünən Mur şəhərinə səfər edib.

Amerikanın mərkəzini dağıdan tornado zamanı küləyin saatda 322 kilometr sürətlə əsdiyi deyilir.

Təhlilçilər şəhərə dəyən iqtisadi ziyanın 1.5 - 3 milyard dollar arası olduğunu ehtimal edir.