Barak Obama maliyyə islahatlarının vacibliyini vurğulayır

Barak Obama maliyyə islahatlarının vacibliyini vurğulayır

ABŞ lideri deyib ki, maliyyə böhranının təkrar olunmasının qarşısını almaq üçün ölkədə maliyyə islahatlarına və istehlkaçıların qorunmasına ehtiyac var.

ABŞ Prezidenti Barak Obama deyir ki, Wall Street-də təcili islahatlar tələb olunur, hərçənd ki, hökumətin fövqəladə yardım proqramları artıq bitmək üzrədir. Həftəlik müraciətində cənab Obama deyib ki, həmin proqramlar milyonlarla insanın iş yerlərini itiriməsinin qarşısını alıb. O, həmçinin cümə günü Maliyyə Nazirliyinin açıqladığı bəyanata istinad edib. Həmin bəyanatda deyilir ki, xilasetmə proqramları vergiverənlərə əvvəl proqnozlaşdırıldığı kimi 500 milyard deyil, 90 milyard dollara başa gələcək. Cənab Obama deyib ki, maliyyə böhranının təkrar olunmasının qarşısını almaq üçün ölkədə maliyyə islahatlarına və istehlkaçıların qorunmasına ehtiyac var.

Respublikaçıların cavab müraciətində Respublikaçı Senator Key Beyli Hatçinson bildirib ki, Demokratların sponsorluq etdiyi qanun layihəsi gələcək xilasetmə proqramlarının qarşısını almır. O, qanun layihəsində ciddi nöqsanların olduğunu deyərək bunların ikitərəfli müzakirələr yolu ilə nizamlanmasının vacibliyini önə çəkib.