Barak Obama homoseksuallara bərabər hüquqlar verilməsini müsbət addım kimi qiymətləndirib

  • Amerikanın səsi

Barak Obama homoseksuallara bərabər hüquqlar verilməsini müsbət addım kimi qiymətləndirib

ABŞ prezidenti Barak Obama homoseksuallara bərabər hüquqlar verilməsini müsbət addım kimi qiymətləndirib. Ağ Evdə keçirilən mətbuat konfransında cənab Obama Nyu-York ştatının homoseksuaların evlənməsini qanuniləşdirilməsini alqışlayıb. Günlərlə sürən debatlardan sonra Nyu-York eynicinslilərin nikahını təsdiq edən 6-cı ştat oldu. ABŞ prezidenti deyib ki, homoseksuallara digər amerikalılar kimi münasibət göstərilməlidir və seksual oriyentasiyaya əsaslanan ayrı-seçkiliyə son qoyulmalıdır.