Barak Obama bu gün yeni nüvə strategiyasını açıqlayacaq

Yeni strategiya Birləşmiş Ştatların nüvə silahında istifadə etmə şərtlərini daha məhdud edəcək

ABŞ prezidenti Barak Obamanın bu gün yeni nüvə strategiyasını açıqlaması gözlənilir. Yeni strategiya Birləşmiş Ştatların nüvə silahında istifadə etmə şərtlərini daha məhdud edəcək. Konqres hər bir yeni administrasiyadan nüvə silahından istifadə üçün plan açıqlamağı tələb edir. Dünən New York Times qəzetinə müsahibəsi zamanı cənab Obama deyib ki, onun yeni siyasəti nüvə silahından azad dünya istiqamətində səylərin bir hissəsi ola bilər. Qəzetin yazdığına görə, yeni siyasət yeni silahların təkmilləşdirilməsini rədd edəcək və ilk dəfə olaraq Birləşmiş Ştatlar Nüvə Silahsızlaşdırılması Sazişi ilə razılığı olan nüvəyə malik olmayan ölkələr qarşı nüvə silahından istifadə etməyəcək.