ABŞ prezidenti Barak Obama bu gün Ağ Evdə Çinin vitse-prezidenti Tsi Jinpinqi salamlayıb. Liderlər iqtisadi və ticari əlaqələrin inkişafı məsələsini müzakirə edib. Prezident Çində insan hüquqlarının vəziyyəti, Tibetdə qarşıdurmalar və ABŞ-Çin ticarət natarazlığı məsələlərinə dair nahatlıqlarını dilə gətirib.
Bundan əvvəl ABŞ-ın vitse-prezidenti Co Bayden çinli həmkarı Tsi Jinpinglə görüşü zamanı tərəflər arasındakı fikir ayrılıqlarının həllinə çağırıb. Onlar ABŞ-Çin əlaqələrinin möhkəmləndirilməsi məsələsini müzakirə ediblər.
Amertika ilə Çin arasında əlaqələr ABŞ-ın Tayvana silah satışı, ticarət natarazlığı və valyuta dəyərləri kimi bir sıra məsələlərə görə gərgindir. Çinin vitse-prezidentinin 2013-cü ildə Çinin Kommunist Partiyasının sədri və ölkənin prezidenti olacağı gözlənilir.