Barak Obama: Bəşər övladı azadlığa can atır!

Barak Obama: Bəşər övladı azadlığa can atır!

Braziliyaya səfərinin sonunda ABŞ prezidenti Barak Obama qərb yarımkürəsinin iki ən iri demokratiyaları arasındakı sıx tellərdən danışıb.

ABŞ-la Braziliya arasında ticari əlaqələrin inkişafına həsr olunmuş işgüzar görüşlərin ardınca president və ailəsi Rio de Janeyroda gəzintiyə çıxıblar.

Daha sonra cənab Obama Rionun bələdiyyə teatrında nitq söyləyib. Yaxın Şərq və Şimali Afrikada cərəyan edən siyasi inkişaflara diqqət çəkən ABŞ lideri deyib:

“Biz hamımız azad olmağa can atırıq. Biz hamımız eşidilmək istəyirik. Biz hamımız qorxusuz və ayrıseçkiliksiz yaşamaq istəyirik. Biz hamımız necə idarə olunmağımızı və öz taleyimizi müəyyən etmək istəyirik. Bunlar Amerika, ya Braziliya, yaxud da Qərb idealları deyil. Bunlar universal hüquqlardır və biz onları hər yanda dəstəkləməliyik.”