Barak Obama: "ABŞ İrana təzyiqləri artırmaqda davam edəcək"

Barak Obama: "ABŞ İrana təzyiqləri artırmaqda davam edəcək"

Amerika dövlət başçısı vahid dünya ictimaiyyəti ilə birgə addım atılacağını bildirib

ABŞ prezidenti Barak Obamanın sözlərinə görə, Birləşmiş Ştatlar İranın nüvə proqramı ilə bağlı rəsmi Tehrana təzyiqləri artırmaqda davam edəcək. Prezident verdiyi müsahibədə deyib ki, Amerika təzyiqlərini artıraraq Tehranın nə cavab verəcəyinə baxacaq. Ancaq onun sözlərinə görə, bu, vahid dünya ictimaiyyəti ilə birgə ediləcək. Dövlət başçısı deyib ki, İran nüvə silahı qabiliyyətinə malikdir, bunun isə regionda sabitliyin pozulmasına böyük təsiri ola və Yaxın Şərqdə silah yarışına yol aça bilər. Bu arada İranın ali nüvə nümayəndəsinin sözlərinə görə, Çin İranın mövqeyi ilə razıdır ki, İranın nüvə proqramı ilə bağlı mübahisəni həll etmək üçün Qərbin sanksiyalar üsulu artıq faydasızdır.