Banqladeşdə etirazlar

Yüksək sürətlə hərəkət edən avtobusun iki yeniyetməni öldürməsindən sonra Banqladeşdə artıq beşinci gündür on minlərlə məktəb şagirdi etiraz edir.

Rəsmilər şagirdləri paytaxt Dəkkədə etirazlara son qoymağa çağırır. Bu etirazlar səbəbilə xarici səfirliklər ora səyahət edən vətəndaşlarına xəbərdarlıq edib.

“Biz rəsmilərin sərt tədbir görməsini istəyirik. Küçələrdə vəsiqəsiz maşın görmək istəmirik, yararsız insanlar sürücülük vəsiqəsi almamalıdır, biz azyaşlı sürücülərin ictimai nəqliyyat vasitələrini idarə etmələrini istəmirik”, deyə şagird Məhəmməd Sifət bildirib.

Təhsil nazirliyi ölkə boyu məktəbləri bağlayıb və yollarda təhlükəsizliyin artırlmasına dair tələbləri nəzərə alacağını vəd edib.

Rəsmilər deyir ki, etirazlar başlayandan bəri 300 maşın vandal hücumuna məruz qalıb.