Banqkoku su basıb

  • Amerikanın səsi

Banqkoku su basıb

Tailand paytaxtı Banqkokda rəsmilər su altında qalmış iki rayonun sakinlərini evakuasiya olunmağa və yaxınlıqdakı sığınacaqlara getməyə çağırıblar.

Rəsmilər xəbərdarlığı tamamilə suya qərq olmuş Don Muanq və Banq Falad rayonlarının sakinlərinə veriblər. Don Muanqda yerləşən Banqkokun ikinci ən iri aeroportu bağlanıb.

Bu arada çox sayda adam hökumətin verdiyi beş günlük məzuniyyətdən istifadə edərək həftə sonunadək su basacağı gözlənilən şəhəri tərk edirlər.

Minlərlə adam avtobus terminallarına və Banqkokun əsas aeroportuna doluşmuş, yollarda isə minlərlə maşın tıxac yaratmışdır.