Tarixin ən sürətli insanlarından biri - Roger Bannister vəfat edib

İlk dəfə 1 mil(1,6 km) məsafəni 4 dəqiqədən az müddətə qaçan insan kimi tarixə düşən Roger Bannister 88 yaşında vəfat edib.

Ailəsinin verdiyi məlumata görə, Bannister keçən həftənin şənbə günü Oksford şəhərində vəfat edib.

Bannister 1954-cü ilin may ayının 6-sında 1 mil məsafəni 3 dəqiqə 59,4 saniyəyə qət edərək dünya rekordu vurmuşdu.

Ancaq onun rekordu cəmi 46 gün davam etmişdi. Avstraliyalı Con Landi Finlandiyada həmin məsafəni 3 dəqiqə 57,4 saniyəyə qaçaraq bannisterin rekordunu yeniləmişdi.

Bannister həmçinin 1954-cü ildə nüfuzlu Sports Illustrated –in "İlin idmançısı" mükafatına layiq görülən ilk şəxs olaraq da tanınır.

Qaçış sahəsin idman karyerasını bitirdikdən sonra Roger Bannister yenidən tibb peşəsinə geri dönmüşdü.