Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 27 yanvar tarixli qərarları ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-nin bank lisenziyaları ləğv edilib. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Yanvarın 27-də hər iki banka müvəqqəti inzibatçı təyin edilib.
Mərkəzi Bank bildirir ki, “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC Əmanətlərin Siğortalanması Fonduna üzv banklardır və Fond tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.
Son bir neçə gündə “Bank of Azerbaijan” və “GəncəBank", Yunayted Kredit Bank” və “NBCBank” banklarının lisenziyaları ləğv edilib.
Azərbaycanda son dövrlərədək 43 bank fəaliyyət göstəriridi. Hazırda 37 bank fəaliyyətdədir.