Bakıda MDB ölkələrinin V bank konfransı açılıb

Bank

Maliyyə-Bank Şurasının rəhbəri Anatoli Kazakov bildirib ki, Maliyyə-Bank Şurası Maliyyə-Bank İttifaqına çevrilməlidir
Noyabrın 15-də Bakıda MDB ölkələrinin @MDB-nin maliyyə bazarları: yeni imkanlar və qlobal risklər» ikigünlük V Bank Konfransı öz işinə başlayıb.

Konfransın açılışında MDB-nin Maliyyə-Bank Şurasının Koordinasiya Şurasının sədri Anatoli Kazakov bildirib ki, MDB maliyyə strukturları arasında inteqrasiyanı gücləndirmək üçün Maliyyə-Bank Şurası Maliyyə-Bank İttifaqına çevrilməlidir.

"Qarşılıqlı ticarətin və investisiyaların dərinləşməsi MDB məkanında vahid valyutaya keçidi stimullaşdırır. Moskvadakı Beynəlxalq Maliyyə Mərkəzi bu prosesdə mühüm rol oynayır, hələlik ilkin mərhələdə MDB-nin maliyyə mərkəzi qismində çıxış edəcək. Bakı, Alma-Atı və Kiyevdə regional mərkəzlər yaradılmalıdır. Buna vaxt lazımdır, 2020-ci ilə kimi belə Mərkəz yarana bilər”.

Forumda MDB, Asiya, Avropa, ABŞ-dan maliyyə institutlarının 200-dən çox nümayəndəsi iştirak edir.

Bundan başqa, konfrans çərçivəsində keçiriləcək plenar iclaslarda hazırda davam edən qlobal böhran şəraitində MDB maliyyə bazarlarının dayanıqlığının ehtiyatlarını artırmaq, investisiya sahəsində MDB ölkələrinin bir-biri ilə və Vahid iqtisadi məkana üzv olan ölkələrlə əməkdaşlıq perspektivləri, Xəzəryanı maliyyə bazarlarının potensialı və inteqrasiya perspektivləri, islam bankçılığı və s. məsələlər ətrafında da müzakirələr aparılacaq.