QHT və onları rəhbərlərinin bank hesablarına qoyulmuş qadağalar götürülür

Əliməmməd Nuriyev

Azərbaycan Baş Prokurorluğu Qeyri-Hökumət Təşkilatlarının (QHT) və onların rəhbərlərinin bank hesabları üzərindən qadağanın götürülməsi məqsədi ilə məhkəmələrə təqdimatlar göndərib.

Bu barədə “Konstitusiya Araşdırmaları” Fondunun prezidenti Əliməmməd Nuriyev Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, məhkəmələr qəara qəbul etdirkdən sonra QHT-lərin və onların rəhbərlərinin banklardakı hesablarının üzərindən qadağalar götürülür.

“Məslən, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasına üzv olan təşkilatların və onların rəhbərlərinin şəxsi hesabları bağlı idi. Üzv olan səkkiz təşkilatdan üçünün hesabından qadağa götürülüb, sonrakı mərhələdə də beş təşkilatın bank hesabı üzərindəki qadağa götürüləcək".

Ə.Nuriyevin sözlərinə görə, məsələ bu həftə ərzində tamamilə həllini tapacaq.