Azərbaycanda kommersiya banklarının durumu

Bank

31 avqust 2017-ci il üçün Azərbaycan banklarının filiallarının sayı 560 təşkil edib.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının hesabatında bildirilir.

Bu, 2017-ci ilin əvvəlinə nisbətən 9 filial azdır.

Bank şöbələrinin sayı 131-dən 142-yə, bankomatların sayı 2 min 461-dən 2 min 495-ə artıb.

İlin əvvəlindən bankların əməkdaşlarının sayı 780 nəfər - 16 min 947-dən 16 min 167 nəfərədək azalıb.

Hesabatda həmçinin deyilir ki, Azərbaycanda fəaliyyət göstərən 31 bankın aktivləri 31 avqust 2017-ci il üçün ilin əvvəli ilə müqayisədə 1 mlrd 947,800 min manat və ya 6,2% azalaraq, 29 mlrd 491,700 min manat olub.

Hesabat dövründə bankların öhdəlikləri 26 mlrd 568,200 min manat (azalma 2 mlrd 962,500 min manat və ya 10%), kapitalı 2 mlrd 923,600 min manat (1 mlrd 014,800 min manat və ya 53,2% artım) olub.

İlin əvvəlindən əhalinin əmanətləri 7,5% və ya 560 mln 400 min manat azalaraq, 6 mlrd 871,700 min manat təşkil edib.

Bankların Azərbaycan Mərkəzi Bankına borcu ilin əvvəlindəki 1 mlrd 695,500 min manatdan 609 mln 300 min manatadək azalıb.

Hesabat dövründə banklar 350 mln 300 min manat mənfəət əldə edib.