Azərbaycan hökuməti manatın məzənnəsi üçün xüsusi risk görmür. Manatın həddindən artıq möhkəmlənməsi üçün də səbəb yoxdur.
Bu barədə sentyabrın 19-da jurnalistlərlə söhbətində Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.
O qeyd edib ki, 2017-ci ilin əvvəllərindən manatın möhkəmlənməsi müşahidə olunur.
Rüstəmovun sözlərinə görə, hökumətdə manatın məzənnəsinin möhkəmlənməsinin iqtisadi strategiyaya, xüsusən ixracatın dəstəklənməsinə və stimullaşdırılmasına nə dərəcədə uyğun olduğunu düşünürlər.
"Hələlik narahatlıq üçün əsas yoxdur", o qeyd edib.