BMT baş katibi Suriya qüvvələrini döyüşləri dayandırmağa çağırdı [Fotoqalereya]

Ban Ki Mun bu bəyanatı Fransa lideri ilə birgə mətbuat konfransında verib
BMT baş katibi Ban Ki Mun 19 aya yaxındır davam edən münaqişəyə son qoyulması üçün Suriyada atəşkəsin dərhal tətbiq olunmasına çağırıb .

Cənab Ban Suriya bu gün prezidenti Bəşar Əl-Əsəd hökumətini atəşkəsə və ölkədəki hərbi qüvvələrə və müxalifətə silahla yardım edən ölkələri də bu əməliyyatları dayandırmağa səsləyib.

O, hər iki tərəfi silahla təmin edən ölkələrə belə addımlarla Suriya xalqının vəziyyətini daha da ağırlaşdırdıqlarını deyib.

BMT baş katibi bu çıxışını Fransa prezidenti Fransua Ollanda birgə keçirilən mətbuat konfransı zamanı edib. Cənab Ban onu da əlavə edib ki, prezident Əsəd vəzifəsindən istefa verməyincə və ölkədə siyasi keçidə şərait yaratmayında Fransa hökuməti Suriyaya qarşı sanksiyalarını davam etdirəcək.