Ban Ki-Mun Yəməndə tərəfləri Ramazan bayramı ərəfəsində atəşkəsə riayət etməyə çağırıb

BMT-nin baş katibi Ban Ki-Mun Yəməndə döyüşən tərəfləri müsəlmanların sülh və harmoniyanı əks etdirən müqəddəs Ramazan ayı ərəfəsi, ən azı qarşıdakı iki həftə ərzində atəşkəsə riayət etməyə çağırıb.

BMT-nin Yəmən üzrə elçisi Ould Çeik Əhmədin sürgündə olan prezident Abd Rabbu Mənsur Hadi və Yəmənin paytaxtına nəzarət edən Huti üsyançılarının nümayəndələri ilə Cenevrədə ayrılıqda görüş keçirir və cənab Banın çıxışı eyni vaxta təsadüf edir.

Sülh danışıqları üç ay əvvəl baş qaldırmış münaqişənin həlli istiqamətində ilk diplomatik görüşdür. Lakin görüşlərdə tərəflərin biri-biri ilə üz-üzə gəlməsi nəzərdə tutulmayıb.

BMT sözçüsü Əhməd Fəvzi bu danışıqların gələcəkdə üz-üzə danışıqlara yol açacağına ümid etdiyini deyib.

Hər iki tərəfi ön şərtsiz prosesə qoşulmağa çağıran cənab Ban danışıqların Yəməndə sülhməramlı siyasi keçid prosesini başladacağına ümid etdiyini bildirib.