Baltimor məktəblərində uşaqlar meditasiya edir
Your browser doesn’t support HTML5
Bütün dünyada müəllimlər hər gün dəcəl uşaqlarla qarşılaşır. Bəziləri bu cür uşaqları sakit bir otağa göndərir, digərləri isə cismani cəza tətbiq edir. ABŞ-da bir çox ştat məktəblərdə cismani cəzanı qadağan edib. İndi isə Merilendin Baltimor şəhərindəki bir məktəb dəcəl uşaqları tərbiyə etməyin yeni üsulunu sınaqdan keçirir. Bu isə meditasiyadır.