Baltimor - Amerikanın ən təhlükəli şəhəri [Video]

Your browser doesn’t support HTML5

Ölkədə zorakılığın səviyyəsi azaldıqca Baltimor şəhəri istisna olmaqla, Amerika şəhərlərində yaşamaq da təhlükəsizləşir. Şəhərin sakini Emi Barbertin “Səkidəki ləkələri unutmayaq” adlı foto-layihəsi Baltimorda qətlə yetitilən qurbanların xatirəsinin anılması məqsədi daşıyır. “On illərdir Baltimor silahlı zorakılıqlara və qətllərə səhnə olub. Bütün bu zorakılıqların demək olar ki, narkotik mallar alveri ilə birbaşa əlaqəsi var. 2015-ci ildə bu rəqəm 322-yə çatmışdı. Bu, Baltimor şəhərinin tarixində qətllərin ən çox həyata keçirildiyi il idi. Bu məni çox narahat etdi və mən nə isə etmək istədim” deyə, Emi bildirir.

Emi Barbert: "Mənim adım Emidir və mən “Səkidəki ləkələri unutmayaq” adlı layihənin fotoqrafıyam. Bu foto-layihə məni geriyə, Baltimor şəhərində qətllərin törədildiyi yerlərə aparır. Mən bir il əvvəl eyni gündə, eyni saatda şəhərdə zorakılığın baş verdiyi yerə gəlirəm.

Mən bu məhəllələrin sakinlərinə bənzəməyə çalışıram. Ağdərili olduğum üçün məni ya polis işçisinə, ya social işçinə, ya da narkotik alan insana bənzədirlər. İnsanlar mənim kameramı əlimdən almaq istəyir, çünki onlar mənim narkotik maddə satıcılarını çəkdiyimi düşünürlər. Mən onlara şəkillərimdə heç bir insanın olmadığını göstərirəm.

Biz şəhərin cənub bölgəsinə gedirik. Mən bir az narahatam. Baltimorun qərbində insanlar sənə yaxınlaşa və nəzakətlə burada nə etdiyini soruşa bilər. Şəhərin şərqində isə onlar sənə qəribə baxışla baxır."

Bir il əvvəl bu yerdə eyni gündə və eyni saatda iki qətl hadisəsi törədilib. Burada bir qadın təsadüfən öldürülüb. Hadisə baş verəndə onun uşağı evdə olub.

“Mən bu şəhərin rəssamıyam. Mən “Səkidəki ləkələri unutmayaq” adlı layihə üçün şəkillər çəkirəm. Mən Baltimorda qətllərin baş verdiyi, insanların həyatlarını itirdiyi yerlərə gedir və həmin yerlərin şəkillərini çəkirəm.

Mən insanların bu fotolara baxmalarını və bu fotolara baxanda özlərini insanların öldürüldüyü yerdə təsəvvür edə bilmələrini istəyirəm. Və bu şəkillər vasitəsilə hər bir qurbanla emisional bir əlaqənin olacağını düşünürəm.

Mən dünyaya gözəllik gətirməyə çalışıram. Bunu pul qazanmaq üçün etmirəm. Mən Baltimor şəhərindəki cinayətlərə diqqət cəlb etmək, bu şəhər üçün anlayış və şəfqət istəyirəm."