“Baltika-Bakı” istehsalı iki ay dayandırır

Baltika-Baku emblemi

“Baltika-Bakı” Azərbaycan şirkəti avqustun 15-dən “Baltika-Bakı” zavodunda anbardan yük boşalmalarının davam edilməsi ilə pivə istehsalatının və süzməsinin iki ay müddətinə dayandırılması və əməkdaşların boşdayanma rejiminə keçirilməsi haqqında qərar qəbul edib. Bu addım şirkətin istehsalat xərclərini minimizasiya etməyə və 2016-cı ilin nəticələrinə əsasən şirkətin Azərbaycanda biznesinin rentabelliyini saxlamağa imkan verəcək, o cümlədən də kütləvi ixtisarların qarşısını almağa və maksimal dərəcədə iş yerlərinin qorunub saxlanmasını mümkün edəcək.

Bu barədə “Baltika-Bakı” MMC-nin məlumatında deyilir.

Dünyada ən iri pivə istehsalçılarından olan Carlsberg Group-un bir hissəsi və Azərbaycanda pivə bazarının 75%-dən çox hissəsinə malik olaraq pivə istehsalı sənayesinin lideri olan “Baltika-Bakı” Azərbaycanın qeyri-xammal sektorunun ən iri müəssisələrindən biri və yüzlərlə Azərbaycan vətəndaşının iş yeridir.

Məlumatda deyilir ki, son zamanlar Azərbaycan pivə bazarında ağır vəziyyət yaranıb: 2015-ci il ərzində bazarın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 20%, 2016-cı ilin ilk rübü ərzində isə - daha 35% azalıb və bu tendensiya davam etməkdədir.

“Bu ilk növbədə ölkədə yaranmış makro-iqtisadi vəziyyətlə və milli valyutanın üzləşdiyi iki devalvasiya ilə bağlıdır, hansı ki əhalinin alıcılıq qabiliyyətinə kritik şəkildə təsir göstərmişdir”, xəbərdə qeyd edilir.

Məlumatda deyilir ki, bütün bunların fonunda şirkətin biznesinə eyni zamanda qanunvericiliyin nizamlaması da təsir göstərir: 2016-cı ilin ikinci rübündə suyun tarifikasiya sistemi dəyişib, hansı ki yalnız 2016-cı il ərzində istehsalat xərclərinin 500 000 AZN artmasına gətirib çıxaracaq. Eyni zamanda 1 sentyabr 2016-cı ildən aksiz markası ilə markalanmalı olan malların nəğd vəsait ilə dövriyyəsini qadağan edən və mütləq şəkildə öncədən ödəmə tələb edən qanun qüvvəyə minir, bu isə şirkət üçün öz məhsulunun realizasiyasını olduqca çətinləşdirir. Qanuna tabe olan və dövlətin “vergi partnyoru” statusuna malik olan “Baltika-Bakı” dövlətin hesablaşmalar və məhsul dövriyyəsinin şəffaflığını artırmaq üzrə səyini dəstəkləyir. Lakin hazırki şəraitdə əlavə nizamlama metodları və şirkətlərin iqtisadi azadlığını məhdudlaşdırma ölkədə biznesin inkişafına olduqca neqativ təsir göstərəcək, və, xüsusilə də pivə dövriyyəsi sahəsinin katastrofik ixtisarına gətirib çıxaracaq.