Yanvarın 4-də Balakən şəhərində (Bakıdan 441 kilometr şimal-qərb) “Azəryem Sənaye MMC”-ə məxsus zavodun ərazisində qazanxanada partlayış baş verib. Partlayış nəticəsində 1 nəfərin ölüb, 2 nəfər xəsarət alıb.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatına görə, hadisə yerinə nazirliyin xilasetmə qüvvələri cəlb olunub. Hazırda FHN-nin və digər dövlət orqanlarının mütəxəssisləri hadisə baş verən ərazidə araşdırma işləri aparır.