Bakıya kino bayramı gəlib

Your browser doesn’t support HTML5

2-6 oktyabr tarixlərində Bakıda III DokuBaku Beynəlxalq Sənədli Film Festivalı keçirilib. Bu il festivala Azərbaycan da daxil olmaqla, 32 ölkədən 181 film qəbul olunub. Filmlər tammetrajlı sənədli film, qısametrajlı sənədli film və xüsusi juri təltifi kateqoriyaları üzrə yarışıb. Qısametrajlı yerli filmlər arasında qalib rejissor Leyli Qafarovanın “Bir zamanlar Şanxayda” filmi olub. Rejissor Orxan Adıgözəlovun “Salaamı qoruyaq” filmi isə xüsusi jüri təltifinə layiq görülüb. Bu ilin mövzusu isə HƏQİQİLİK olub. 5 gün ərzində keçililən festivala bu il əsas dəstəyi Gothe Zentrum Baku, Kapellhaus, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Salaam Cinema və Landmark Hotel Baku edib. Qeyd edək ki, DokuBaku Azərbaycanın ilk müstəqil beynəlxalq sənədli film festivalıdır.