Bakının Nəbatət bağı
Your browser doesn’t support HTML5
Bakı şəhərində ilk Botanika bağının yaradılması haqqında təkliflər 1930-cu illərdə irəli sürülüb. Həmin vaxtlarda Bakı iri neft sənayesi və respublika mərkəzi kimi abadlaşdırılmalı və yaşıllaşdırılmalı idi.
1935-1938-ci illər ərzində burada institut binası, istiхanalar, bağın əməkdaşları üçün yaşayış binası, emalatхanalar və təsərrüfat binalarının inşasına başlanılıb.
Botanika bağının sahələrində Azərbaycan və ekzotik floradan olan bitkilərin kolleksiyasının yaradılması ilə yanaşı, texniki və dərman bitkiləri üzərində elmi tədqiqat işləri aparılır.
Nəbatat bağında dünyanın müxtəlif botaniki-coğrafi rayonlarından, o cümlədən Azərbaycan florasından olan 2000-dən artıq ağac, kol, çiçək və ot bitkilərinin kolleksiyası toplanıb.
Hazırda bağda Qafqaz florasından olan 125 növ nadir və nəsli kəsilməkdə olan və adları keçmiş SSRİ-nin və Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilmiş bitki kolleksiyası var.
Mərkəzi Nəbatat Bağının strukturunda "Ağac və kol bitkiləri”, “Nadir və nəsli kəsilməkdə olan bitkilər”, “Toxumçuluq” və sair sektorlar fəaliyyət göstərir.