Bakının binə kəndində karantin
Your browser doesn’t support HTML5
Azərbaycanda koronavirusla əlaqədar olaraq karantin rejimi aprelin 20-dən may ayının 4-dək uzadılıb.
Ölkədə aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. İnsanlar yalnız xüsusi icazə ilə evlərindən çıxa bilər.
Bakının Binə kəndinin sakinləri isə karantin qaydalarına yetəri qədər ciddi riayət etmir. Belə ki, kəndin mərkəzində, bankların, poçt, bazar və marketlərin qarşısında sosial məsafə qaydasına əməl edilmir.
Azərbaycanda gücləndirilmiş karantin rejimi martın 24-dən qüvvədədir – ərzaq mağazaları, aptek, bank və dövlət, yaxud həyati əhəmiyyətli bəzi təşkilat və müəssisələrdən başqa bütün obyektlər bağlıdır.
Aprelin 5-dən insanların hərəkətinə məhdudiyyət tətbiq olunub – evdən çıxmaq üçün ya işdən arayış olmalıdır, ya da sms-lə icazə almaq lazımdır.
Qeyd edək ki, qaydaları pozan şəxlərə qarşı cərimələr və cinayət məsuliyyəti tətbiq edilir. Hər gün minlərlə insan cərimələnir.