Bakıda Çay və Qəhvə festivalı keçirilib

Your browser doesn’t support HTML5

Festival çərçivəsində şəhərin bütün çay və qəhvə peşəkarları bir araya gəlib. Təşkilatçı şirkətin təmsilçisi Aynur Tağıyeva Amerikanın Səsinə bildirib ki, festivalın əsas məqsədi çay və qəhvə sənayesinin, biznesin inkişafı üçün keyfiyyətli fürsətlər yaratmaq, perspektivli əməkdaşlıq və təcrübə mübadiləsi aparmaqdır. Festivalda bir çox ölkənin çay və qəhvələri nümayiş olunub. Festivalda Beynəlxalq Qəhvə Birliyinin dəstəyi ilə barista üzrə milli çempionat keçirilib. Çempionatın qalibi ixtisaslaşmış hakimlərdən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən seçilərək Azərbaycanı aprel ayında ABŞ-da keçiriləcək Dünya Barista Çempionatında təmsil edəcək. Tədbir iştirakçılarından biri deyir ki, bu festivala artıq ikinci dəfədir qatılır və tədbirdən xüsusi zövq alıb. O söyləyir ki, tədbir Azərbaycanda qəhvənin populyarlaşması baxımından da mühümdür.