Bakıda Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının 7-ci iclası keçirilir

Oktyabrın 14-də Bakıda Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının 7-ci iclası keçirilir.

Rəsmi məlumata görə tədbirdə çıxış edən Qırğızıstanın xarici işlər naziri Çingiz Aydarbekov Türk Şurasının BMT-nin Baş Assambleyasında müşahidəçi statusu almaq istiqamətində işlərin davam etdirildiyini bildirib.

"Türk Şurası beynəlxalq təşkilatlarla əlaqələrini gücləndirir. Təşkilata sədrlik Azərbaycana (Qırğızıstandan-red.) keçir. Lakin növbəti dövrdə də Qırğızıstan təşkilata üzv dövlətlər arasında əlaqələrin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcək. Ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı yenə də diqqət mərkəzində olacaq. Təşkilata üzv ölkələr arasında yenidən biznes-forumlar keçirilməlidir," nazir vurğulayıb.

Oktyabrın 15-də isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının II zirvə görüşü keçirilməlidir.

Türk Şurası 2019-cu ildə yaradılıb. Şuraya Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir.