Bakıda İndoneziya festivalı

Your browser doesn’t support HTML5

Sentyabrın 11-də Heydər Əliyev Sarayında İndoneziya mədəniyyəti festivalının açılışı olub. İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan Bəy Fənani çıxış edərək Azərbaycan ilə İndoneziya arasında mövcud olan mədəni əlaqələrdən danışıb. Tədbirdə Mədəniyyət Naziri Əbülfəs Qarayev bildirib ki, bu festival Bakıda dost, qardaş olan İndoneziyanın mədəniyyəti ilə bağlı sayca dördüncü tədbirdir. Əvvəlki illərdə olduğu kimi, budəfəki festivalda da İndoneziyanın tarixi, mədəniyyəti, milli mətbəxi, adət-ənənələri ilə bağlı ən gözəl nümunələr ölkəmizdə təqdim edilir. Festival sentyabrın 13-dən 15-dək Fəvvarələr meydanında davam edəcək.