Bakıda heyvansevərlər Qız qalasını "zəbt" etdi
Your browser doesn’t support HTML5
Fevralın ikisi heyvansevərlər İçərişəhərdə "Qız qalasını zəbt et" adlı aksiya keçirib.
Aksiya təşkilatçısı Elxan Mirzoyev, Qız qalasına çıxaraq oradan "we're killed" yazılı plakat asıb.
Qalan aksiya iştirakçıları isə, aşağıda plakatlar açaraq, müxtəlif şüarlar səsləndiririb küçə itlərinin öldürülməsinə etiraz ediblər.
Aksiya polis və İçərişəhər Dövlət tarix-memarlıq qoruğunun mühafizə xidmətinin əməkdaşları tərəfindən dayandırılıb.
Heyvansevərlər aksiyanın baş tutduğunu hesab edir və problem həll olunanadək mübarizələrini davam etdirəcəklərini deyirlər.