Bakıda "Boşluq" adlı fotosərgi keçirilib

Your browser doesn’t support HTML5

"Red Ninjas Community"nin təşkilatçılığı ilə "Boşluq" adlı fotosərgi keçirilib. Fotoların müəllifi isə Vəli Məmmədovdur. Sərgidə post-industrial cəmiyyətə keçid dövrünü yaşayan azərbaycanlıların ruh halının, keçid dövründəki qeyri-müəyyənliyin yaratdığı boşluq, tənhalıq və biganəlik hisslərinin arxitekturada və küçələrdə təzəhürünü əks etdirən fotolar nümayiş olunub.